...

Binəqədidə 64 yaşlı kişi naməlum şəraitdə itkin düşdü

Gündəm Materials 6 Noyabr 2018 20:34 (UTC +04:00)
Bakı sakini itkin düşüb.
Binəqədidə 64 yaşlı kişi naməlum şəraitdə itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakı sakini itkin düşüb. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 22-də yaşayan Bağırov Rəfail Abiddin oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan atası, 1954-cü il təvəllüdlü Bağırov Abiddin Şakir oğlu noyabrın 5-də səhər saat 06 radələrində evdən çıxıb və naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti