...

Astarada yanğınlar törədən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

Gündəm Materials 21 Yanvar 2019 17:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilmiş və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyən edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti