...

Ceyhun Bayramov: Ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib

Gündəm Materials 1 Fevral 2019 13:05 (UTC +04:00)
Azərbaycanda ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib
Ceyhun Bayramov: Ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib.

C.Bayramov əlavə edib ki, son 5 ildə 20 minə yaxın müəllim işə qəbul edilib: "Onların 90 faizi gənc müəllimlərdir. İşə qəbul olunmuş müəllimlərin 70 faizi ölkənin müxtəlif ucqar kəndlərində fəaliyyətə başlayıb və onların hamısına stimullaşdırma tədbirləri tətbiq edilib. Hesab edirəm ki, bununla da ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib. Növbəti illərdə bu problem tam olaraq öz həllini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti