...

Sabah bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək

Gündəm Materials 4 May 2019 14:04 (UTC +04:00)
Sabah “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Sabah bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək

Bakı. Samir Əli - Trend:

Sabah “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti