...

Dövlət qulluqçularına işə qalstuksuz gəlməyə icazə verilib

Gündəm Materials 8 May 2019 09:52 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyada yay mövsümünün başlaması ilə əlaqədar dövlət qulluqçularına işə qalstuksuz gəlməyə icazə verilib.

Trend-in məlumatına görə, bəzi nazirlər, eləcə də nazirlik işçiləri qalstuk taxmamaqla yanaşı, işə futbolkalarda da gəliblər.

Qeyd olunur ki, bu cür geyim forması oktyabrın 31-dək qüvvədə qalacaq.

Bu qərar 2011-ci ildə Fukusima atom elektrik stansiyasında baş vermiş qəzadan sonra elektrik enerjisinə, o cümlədən sərinləşdirmə sistemlərinin işində qənaət ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti