...

Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvüdür

Gündəm Materials 8 May 2019 17:03 (UTC +04:00)
Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtobusla toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvüdür

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtobusla toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində "VAZ 2107" markalı maşında olan 1 ailənin 3 üzvü dünyasını dəyişib.

Hadisə nəticəsində ölən şəxslər - sürücü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, anası, 1945-ci il təvəllüdlü Gülməmmədova Sücaət Seyidəli qızı və sürücünün nəvəsi, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan Qüdrət oğludur.

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan 1-nin vəziyyəti ağır, qalanların vəziyyəti orta ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti