...

Yevlaxda meşədə baş verən yanğın söndürülüb

Gündəm Materials 13 İyul 2019 14:44 (UTC +04:00)
Yevlax rayonunun Girdəxan meşəbəyliyində iyulun 12-də axşam saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.
Yevlaxda meşədə baş verən yanğın söndürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Yevlax rayonunun Cırdaxan meşəbəyliyində iyulun 12-də axşam saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilkin hesablamalara əsasən, 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.

Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur:

"ETSN vətəndaşlardan xahiş edir ki, təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın gördükləri zaman dərhal yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti