...

Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazandı

Gündəm Materials 26 İyul 2019 17:39 (UTC +04:00)
İyulun 26-da Azərbaycan cüdoçusu Hüseyn Məmmədov (+90 kq) XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb.
Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazandı

Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 26-da Azərbaycan cüdoçusu Hüseyn Məmmədov (+90 kq) XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, finalda rusiyalı idmançı Əhməd Maqomedova qalib gələn cüdoçumuz festivalın çempionu olub.

Qeyd edək ki, səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ippon, dörddəbir finalda yunanıstanlı Aristotelis Aris Leonidisə vazari xalı ilə qalib gəlib. İdmançımız yarımfinalda moldovalı Alin Bagrini ipponla məğlub edib.

Bu çəki dərəcəsində bürünc medalları italiyalı Cean Karlettini məğlub edən gürcüstanlı Giqa Tatiaşvili və moldovalı Alin Baqrinə qalib gələn fransalı Mathias Anlion qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti