...

Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb

Gündəm Materials 5 Sentyabr 2019 13:00 (UTC +04:00)
2500 ədəd "Belomorkanal" markalı papiroslar aşkarlanıb.
Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb

Bakı. Trend:

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21113" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd "Belomorkanal" markalı papiroslar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti