Bakı. Samir Əli - Trend:
Goranboy rayonunun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 4-də saat 18 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində kənd sakini N.İbrahimov idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən həmkəndlisi Əli Süleymanovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.