...

Sumqayıt, Şamaxı və Ağstafada qazın verilişi dayanacaq

Gündəm Materials 11 Sentyabr 2019 09:55 (UTC +04:00)
Səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir-sazlama işlərinin aparılmasıdır
Sumqayıt, Şamaxı və Ağstafada qazın verilişi dayanacaq

Bakı. Samir Əli - Trend:

Bu gün saat 10:00-dan Şamaxı rayonunun mərkəzində və 1 qəsəbəsində, Sumqayıt şəhərinin Kimyaçılar və Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Trend "Azəriqaz" İctimai Birliyinə istinadən məlumat verir.

Məlumata görə, buna səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir-sazlama işlərinin aparılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti