...

Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü

Gündəm Materials 4 Noyabr 2019 14:53 (UTC +04:00)
Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü

Bakı. Samir Əli - Trend:

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, hakim prosesi növbəti dəfə təxirə salıb. İş üzrə növbəti məhkəmə prosesi noyabrın 7-nə təyin olunub.

Qeyd edək ki, məhkəmə prosesi artıq 3-cü dəfədir ki, təxirə salınır.

Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti