...

Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb

Gündəm Materials 10 İyul 2020 18:04 (UTC +04:00)
Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb

Bakı. Samir Əli - Trend:

Bakı üzrə ambulator şəraitdə 10 202 koronavirusdan müalicə olunan var.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.

N.Zeynalov qeyd edib ki, bunlar simptomsuz, az simptomlu şəxslərdir:

"Bunların arasında uşaqlar da var, yaşlılar da. Həmin şəxslər mütəmadi nəzarətdə saxlanılır. Regionlarda evdə izolyasiya tədbirlərinə hələ ki, ehtiyac yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti