Bakı. Samir Əli - Trend:
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının fotosu ilə saxta "Facebook" profili açılıb.
Bu barədə Trend-ə V.Dərgahlı özü məlumat verib.
Xidmət rəisi bildirib ki, həmin profil saxtadır və onun elə bir profili yoxdur: "Mənim adımdan saxta "Facebook" profili açılıb. Xahiş edirəm buna inanmayın və profili şikayət edin".