...

Sabirabadda xınayaxdı məclisi təşkil edən şəxslər cərimələnib

Gündəm Materials 17 Avqust 2020 11:55 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional Trend-ə qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Əsədli kəndindəki fərdi yaşayış evlərinin birində karantin rejiminin qaydalarına zidd olaraq 10 nəfərə yaxın şəxsin toplaşaraq xınayaxdı məclisi təşkil etməsi barədə məlumat daxil olub. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib və orada karantin rejiminin tələblərinin pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, digərlərlərinə isə ciddi xəbərdarlıqlar edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti