...

Nazir Rusiyadan koronavirus vaksininin satın alınması imkanları barədə danışıb

Gündəm Materials 25 Avqust 2020 17:52 (UTC +04:00)
Nazir Rusiyadan koronavirus vaksininin satın alınması imkanları barədə danışıb

Bakı. Trend:

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv-dövləti kimi COVID-19 infeksiyasının aradan qaldırılmasında və vətəndaşların sağlamlığının qorunmasında təşkilatın tövsiyə və üsullarına tərəfdardır.

Trend-in məlumatına görə, bunu Xarici işlər naziri Ceyhun Bayramova Rusiyaya səfəri ərəfəsində TASS agentliyinə açıqlamasında deyib.

O bildirib: “Vaksinin satın alınmasında maraqlı olduğumuz üçün, biz “Sputnik V” vaksinin tanınması üçün zəruri prosedurlar başa çatan kimi rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq üzrə təkliflərini nəzərdən keçirə bilərik. Şübhəsiz ki, effektiv və ÜST tərəfindən tanınan koronavirus vaksininin yaradılması pandemiya ilə mübarizədə güclü vasitə olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti