...

Rayonlara gediş-gəliş bərpa olunur

Gündəm Materials 4 Sentyabr 2020 18:01 (UTC +04:00)
Rayonlara gediş-gəliş bərpa olunur

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda növbəti dəfə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Qərara əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti