...

Bu yolda hərəkət məhdudlaşdırılır

Gündəm Materials 26 Sentyabr 2020 10:14 (UTC +04:00)
Bu yolda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Aparılan təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şossesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur:

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti