...

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Dağlıq Qarabağla bağlı bəyanat yayıb

Gündəm Materials 8 Oktyabr 2020 17:56 (UTC +04:00)
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Dağlıq Qarabağla bağlı bəyanat yayıb

Bakı. Samir Əli - Trend:

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir.

Bu barədə Palatadan Trend-ə daxil olan bəyanatda deyilir. Qeyd edilir ki, Palata Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı bütün hərbi hücumlarını, eləcə də münaqişə zonasından kənarda mülki şəxsləri və infrastruktur obyektlərini hədəfə almasını qınayır:

"Palata Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmağa və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə çağırır.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda davam edən hərbi əməliyyatlarda şəhid olan mülki və hərbi qulluqçuların ailələrinə başsağlığı verir, yaralıların tez sağalmasını diləyir".

Bəyanatda deyilir ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda qeydiyyatdan keçmiş və 60-dan çox beynəlxalq və yerli üzv şirkətin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir, həmin təşkilatların bir hissəsi deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti