...

Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)

Gündəm Materials 26 Oktyabr 2020 16:52 (UTC +04:00)
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, bu istiqamətdə Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər görülür.

Belə ki, yol polisləri tərəfindən Sumqayıt şəhəri ərazisində ictimai nəqliyyata qoruyucu tibbi maskadan istifadə etməyərək daxil olan şərnişinlər və sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər. Həmçinin şöbə əməkdaşları tərəfindən Sumqayıt şəhər avtovağzalında və şəhərin çıxış nöqtələrində yaradılan mobil postlar vasitəsi ilə paytaxt istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin karantin qaydalarına əməl edib-etmədiklərinə nəzarət olunur.

Qeyd edək ki, Sumqayıt avtovağzalında tibbi maskası olmayan sərnişinlərin avtobuslardan istifadə etməsinin qarşısı polislər tərəfindən qəti olaraq alınır.
Həmçinin ictimai nəqliyyatda yol polisləri tərəfindən insanlar arasında daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir. Sumqayıt şəhərində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti