Bakı. Asif Mehman - Trend:
İzmirdə güclü zəlzələ nəticəsində dağıntılar altından daha iki nəfər xilas edilib.
Trend xəbər verir ki, bu gün səhər isə 3 yaşlı Elif Perinçek dağıntılar altından 65 saat sonra çıxarılıb.
Elifi xilas edən yanğınsöndürən Muammer Çelik jurnalistlərə açıqlamasında bildirib ki, Elif barmağımı tutdu və heç buraxmadı.
Qeyd edək ki, İzmirdə baş vermiş 6,6 maqnitudalı zəlzələ nəticəsində 79 nəfər həlak olub, 962 nəfər xəsarət alıb.