...

Küveytdə Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş avtoyürüş keçirilib (FOTO)

Gündəm Materials 14 Noyabr 2020 11:28 (UTC +04:00)
Küveytdə Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş avtoyürüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Küveytdəki “Vətənsevər” diaspor təşkilatının sədri Könül Hacızadənin təşəbbüsü ilə Əl-Küveyt şəhərində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi münasibətilə avtoyürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Türkiyə və Küveytin bayraqları ilə bəzədilmiş avtomobillər və motosikllər Küveyt qüllələrinin yanından başlayaraq şəhərin mərkəzi küçələri boyunca hərəkət edib. Küveytdəki Azərbaycan icmasının iştirakı ilə təşkil edilən avtoyürüş Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısında başa çatıb.

Bu möhtəşəm yürüşə şahidlik edən yerli jurnalistlər Azərbaycan diasporunun qələbə sevincinə qoşulub, hadisəni işıqlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti