Bakı. Trend:
Rusiya Federasiyası ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin texniki aspektləri ilə bağlı dialoq cədvələ uyğun olaraq davam edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin komandirləri ilə görüşdə deyib.
H.Akar xatırladıb ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatların ardınca Türkiyə və Rusiya Federasiyası müdafiə nazirliklərinin rəhbərləri arasında Azərbaycanda Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalandı.