...

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb

Gündəm Materials 1 Dekabr 2020 13:33 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

2020-ci ilin noyabrında Azərbaycanın sosial şəbəkə bazarında “Pinterest” 26,73 faiz payla birinci yerdə qərarlaşıb.

İkinci yerdə 23,26 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı oktyabrla müqayisədə 12,91 faiz artıb.

“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 20,52 faiz artaraq 24,4 faiz təşkil edib.

Dördüncü yerdə 19,23 faiz (12,13 faiz artım) aktiv istifadəçi payı ilə “YouTube” qərarlaşıb.

“Twitter”in payı 4 faiz, “VKontakte”nin payı 1,02 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti