...

İki şəhid atası "YAŞAT" fondu tərəfindən əməliyyat olunub (FOTO)

Gündəm Materials 2 Fevral 2021 15:52 (UTC +04:00)
İki şəhid atası "YAŞAT" fondu tərəfindən əməliyyat olunub (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"YAŞAT" fondu iki şəhid atasının əməliyyat xərclərini ödəyib.

Bu barədə Trend-ə fonddan bildiriblər. Qeyd edilib ki, "YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Şəhidimiz Elfaq Nağıyevin atası Azad Nağıyevin, Eltun Qasımovun atası Vüqar Qasımovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Qeyd olunub ki, şəhidimiz Tural Qarayevin anası Səmayə Qarayevanın və həyat yoldaşı Durdana Qarayevanın da müalicə və əməliyyat xərcləri Fond tərəfindən təmin ediləcək.

Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti