...

Milli qvardiyanın Vaşinqtona göndərilməsi ölkəyə 480 milyon ABŞ dollarına başa gəldi

Gündəm Materials 5 Fevral 2021 04:42 (UTC +04:00)

Bakı. Trend:

Kapitoliya basqınından sonra 25 000 milli qvardiya döyüşçüsünün Vaşinqtonda yerləşdirilməsi ABŞ hökumətinə ən azı 480 milyon dollara başa gəlib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu məbləğə iğtişaşlar günü Kapitoliyaya əlavə polis bölmələrinin göndərilməsi üçün paytaxt rəhbərliyinin xərcləri daxil edilməyib.

2 fevralda Pentaqon sözçüsü Con Kirbi təhlükəsizliyi təmin etmək üçün Vaşinqtona göndərilən milli qvardiyanın lazım olduğu müddətdə şəhərdə qalacağını açıqladı.

Amerika milli qvardiyasının hissələri hər ştatda yerləşdirilir, qubernatorlara və prezidentə tabe olurlar. Milli qvardiya təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq və asayişi qorumaq üçün müxtəlif fövqəladə hallarda istifadə edilə bilən ABŞ Ordusu və Hava Qüvvələrinin mütəşəkkil ehtiyatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti