...

Bakının mərkəzində ağır qəza - BMW yoldan çıxıb parka girdi (FOTO)

Gündəm Materials 5 Fevral 2021 11:16 (UTC +04:00)
Bakının mərkəzində ağır qəza - BMW yoldan çıxıb parka girdi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonunda qeydə alınıb. İnşaatçılar prospekti ilə hərəkətdə olan BMW markalı minik avtomobili Nəriman Nərimanov küçəsinə dönərkən yüksək sürət səbəbindən idarəetməni itirib.

Nəticədə yoldan çıxan maşın yaxınlıqdakı parkın ərazisinə girib. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, yol infrastrukturuna isə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti