...

Britaniyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Gündəm Materials 13 Fevral 2021 01:03 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada son 24 saat ərzində koronavirus virusuna yoluxanlar arasında ölənlərin sayı 758 nəfərə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hökumətin məlumat saytında ölkədə son 24 saat ərzində 15 144 infeksiyaya yoluxma halının qeydə alındığı bildirilir.

Ölkədə "COVID-19"a yoluxan insanlar arasında ölümlərin ümumi sayı 116 mini keçib, ümumilikdə isə sözügedən virusa yoluxanların sayı 4 013 799-a yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti