...

Daha bir Vətən müharibəsi şəhidi dəfn olunub (FOTO)

Gündəm Materials 17 Fevral 2021 16:27 (UTC +04:00)
Daha bir Vətən müharibəsi şəhidi dəfn olunub (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsində itkin düşən, ötən gün isə şəhid olduğu xəbəri gələn hərbçimiz Anar Nurullayev bu gün torpağa tapşırılıb.

Bu barədə Trend-ə Sabirabad rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd edilib ki, şəhidin dəfn mərasimində Müdifə Nazirliyinin əməkdaşları, icra başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

Şəhid Anar Nurullayev doğulduğu Osmanlı kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, A.Nurullayev kiçik çavuş rütbəsində olub, yaxınları onunla sonuncu dəfə sentyabrın 30-da əlaqə yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti