ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir

ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir

Bakı. Trend:

26 fevral 2021-ci il tarixində ABŞ-ın nüfuzlu Corciya Dövlət Universitetinin Siyasi Elmlər fakültəsinin təşkilatçılığı ilə “1992-ci ilin Xocalı qətliamı: Soyqırımın qarşısının alınmasında diplomatiyanın rolu” (“Khojaly massacre of 1992: Role of Diplomacy in Avoiding Genocide”) mövzusunda onlayn konfrans keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Corciya Dövlət Universitetinin Siyasi Elmlər üzrə professor köməkçisi Henri Keri (Henry Carey), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Atlantanın Morehouse kollecində inkişaf üzrə rezident diplomatı Aleksius Batler (Alexious Butler), Xocalı qətliamı zamanı Ağdamda olmuş və qətliamı qeydə almış hərbi jurnalist, Litvanın Jurnalistlər İttifaqının üzvü Rikardas Lapaitis (Ricardas Lapaitis), Bosniyalı sülh fəalı, Srebrenitsa soyqırımının təbliğatçısı Azra Berbiç, habelə Xocalı sakini, qətliamın canlı şahidi Anar Usubov çıxış edib.

Tədbirin moderatorları Corciya Dövlət Universitetinin Əndrü Yang (Andrew Young) Siyasi Elmlər Məktəbi nəzdində Dövlət Siyasəti üzrə Beynəlxalq Mərkəzin baş elmi işçisi Bauyrjan Yedgenov və sözügedən Universitetin məzunu azərbaycanlı əsilli Rəna Rzayeva olub.

Tədbirin keçirilməsində məqsəd, Xocalı qətliamı barədə ABŞ ictimaiyyəti arasında məlumatlandırmanı artırmaq, qətliamı törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyinin təbliğ olunması və geniş şəkildə araşdırılmasının təşviq edilməsi olmuşdur. Onlayn tədbirdə, universitetin tələbə və professor heyəti, Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.

Səfir Elin Süleymanov Ermənistanın ölkəmizə qarşı hücumu və Xocalıda törədilən qətliam barədə geniş məlumat verdi. Bildirdi ki, Balkanlarda və digər yerlərdə bütün qətliamlarda olduğu kimi, müxtəlifliyə qarşı dözümsüzlük və qonşunun ərazilərinə iddia insanların qırılmasına səbəb olmuşdur. Ötən ilki müharibədə döyüşən bir çox general, zabit və əsgərlərimizin uşaq və gənc yaşlarında öz evlərindən köçkün düşdüyünü, lakin ötən ilki müharibədə öz evlərini azad etdiklərini vurğuladı. Ermənistanın iddialarına baxmayaraq, Azərbaycanın etnik təmizləmə həyata keçirmədiyini qeyd etdi. Ermənistanın müharibədən sonra revanşizm niyyətlərinə rəğmən, azərbaycanlıların ermənilərlə birgə yaşayışı, habelə Azərbaycanın Ermənistanla sülhə nail olmaq üçün hazır olduğunu, bölgədə yenidənqurma işləri həyata keçirdiyini bildirdi. Bununla yanaşı, sülhün bərqərar olması üçün Xocalıya ədalətin təmin edilməsinin yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də vacib olduğunu vurğuladı. Belə ki, Xocalını törədən Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Köçəryan kimi şəxslərin Ermənistanda toqquşma və siyasi xadimlərin qətli ilə hakimiyyətə gəldiyini, Ermənistanın bu şəxsləri və Xocalıda qətliamın digər qatillərini məsuliyyətə cəlb etməsinin əhəmiyyətli olduğunu bildirdi.

Xocalı qətliamının nəticələrini qələmə almış müharibə reportyoru Rikarda Lapaitis qətliamdan iki gün sonra Ağdamda müşahidə etdiyi acılı xatirələrini bölüşdü. Bildirdi ki, hələ də onu izləyən və taleyini dəyişən bu dəhşətli hadisələrin canlı şahididir. Ağdam məscidinə yüzlərlə meyidin gətirilməsini müşahidə etmişdir. Öldürülənlərin bir çoxunun ayaqqabısız olduğunu, öldürülmüş 6 yaşlı bir qızın baş və bədəninin parçalandığını, bədənində yanıq izləri olduğunu diqqətə çatdırdı. Bir çox Xocalı qurbanı amputasiyalara məruz qalmış və ya güllələnmişdi. Ağdam xəstəxanasında rastladığı, qətliamdan qaçarkən, Əskəranda ermənilərin hücumuna məruz qalmış, lakin öldürülmüş qohumunun qanını üzərinə sürtməklə və özünü ölülüyə vurmaqla ölümdən qurtulmuş 23 yaşlı qızın xatirəsini bölüşdü. Əsirlikdən azad edilmiş bütün az yaşlı qızların zorakılığa məruz qaldığını diqqətə çatdırdı. Qətliamın Memorial və Human Rights Watch təşkilatı tərəfindən sənədləşdirildiyini, Sarkisyan, Ohanyan və Köçəryanın tribunala cəlb edilməsinin vacib olduğunu vurğuladı. Xocalıdan əvvəl Qaradağlıda, Meşəlidə azərbaycanlılara qarşı qırğınlar törədildiyini xatırladı. Holokost təşkilatçılarının cəzalanmasına baxmayaraq, bu qətliamları törədənlərin sərbəst gəzdiklərini vurğuladı.

Daha sonra, Xocalı sakini və qətliamın canlı şahidi Anar Usubov Xocalı sakinlərinin 4 il blokadada yaşadığını, işğal günü özünün və yaxınlarının başlarına gətirilən müsibətlər barədə xatirələrini tədbir iştirakçıları ilə paylaşdı. O, Xocalının işğalı ərəfəsində mühasirədə yaşayan əhalinin vəziyyəti, şəhərin zəbt olunması və insanların qarlı meşələri keçərək Ağdama doğru qaçması haqqında danışdı. O, həmin gecə bir çox yaxınlarını itirdiyini, girovluqda dayısına və xalalarına və digər qohumlarına işkəncə verildiyini, yüzlərlə insanın qətlə yetirildiyini və bəzi Xocalı sakinlərinin hələ də itkin olduğunu acı hissi ilə xatırladı. 11 yaşında ikən təsadüf nəticəsində sağ qaldığını qeyd edən A.Usubov bildirdi ki, onun iyirmidən çox yaxın qohumu ya öldürülüb, ya da itkin düşüb. Qeyd etdi ki, o dəhşətli gecədən sağ çıxan yüzlərlə xocalılı illər boyu psixoloji travmadan əziyyət çəkiblər.

Daha sonra çıxış edən Bosniyalı Azra Berbiç Srebrennitsa soyqırımı, Aleksius Batler isə Sudanda qətliam barədə məlumat verdi. Xocalı kimi digər qətliamlar üçün ədalətin, cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin, insanların travmadan qurtulmasının vacib olduğunu vurğuladılar. Professor köməkçisi Henri Keri Human Rights Watch təşkilatının Xocalı qətliamı barədə yazıları əsasında qətliam barədə fikirləri ilə bölüşdü. “Müsbət Sülh” tərəfdarı olduğunu, bütün qətliamların araşdırılmasının vacib olduğunu, ermənilərlə azərbaycanlılara arasında barışığın əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

ABŞ-ın Corciya Dövlət Universitetində bu konfrans ABŞ-da Azərbaycan səfirliyinin iştirakı ilə keçirmiş və Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş silsilə tədbirlərdən biri olub. Xatırladaq ki, son bir neçə gündə səfirliyin iştirakı ilə ABŞ-da yaşayan azərbaycanlı icmasının qatıldığı “Xocalı qətliamından xilas olanlar: ümidlər və möhkəmlik” mövzusunda vebinar, ABŞ-ın Yuta Universitetində səfir Elin Süleymanovun ötən ilki müharibə nəticəsində yaranmış vəziyyət və Xocalı qətliamı ilə bağlı vebinarda çıxışı, eləcə də Amerika Sefardi Federasiyası və Amerikalı Müsəlman Liderlik Alyansı tərəfindən Xocalı qətliamına həsr olunmuş tədbir təşkil olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri ilə ABŞ Konqresinin üzvləri arasında videokonfransda Xocalı qətliamı yad edilib.

Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Loading Bars
Xəbər lenti
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
Mərkəzi Bankın sədri ilə Dünya Bankının vitse-prezidenti videoformatda görüş keçirib
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
Bütün xəbərlər