...

Belçikada koronavirusa yoluxanların sayı 800 mini ötüb

Gündəm Materials 14 Mart 2021 06:43 (UTC +04:00)

Bakı. Trend:

Belçikada koronavirusa yoluxanların ümumi sayı 801 723 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, ölkədə koronavirüsla əlaqəli ümumi ölüm halları 22 397-ə çatıb, həftə ərzində gündəlik orta hesabla 2 522 yeni yoluxma hadisəsi qeydə alınır.

Belçikada 28 dekabr 2020-ci il tarixində başlayan peyvəndləşmə kampaniyasında "Pfizer/BioNtech", "Moderna" və "AstraZeneca" adlı üç növ peyvənd istifadə olunur. İndiyədək təxminən 721 826 nəfərə peyvəndin ilk dozası vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti