...

9 530 hektar ərazi aqrobağların salınması üçün icarəyə verilib - Nazirlik

Gündəm Materials 16 Mart 2021 16:26 (UTC +04:00)
9 530 hektar ərazi aqrobağların salınması üçün icarəyə verilib - Nazirlik

Bakı. İlhamə İsabalayeva-Trend:

Meşə bağları (aqrobağlar) salmaq məqsədilə meşə fondunun artıq sahələrində 9 530 hektar ərazi icarəyə verilib.

Trend-in məlumatına görə, bunu ETSN yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, meşə fondu torpaqları fiziki və hüquqi şəxslərə icarəyə verilir:
“Meşə bitkiləri ilə örtülü olmayan torpaqlar meşəbərpa işləri məqsədilə 1 ildən 49 ilədək icarəyə verilir. Mütəmadi olaraq bu torpaqlarda monitorinqlər aparılır. İcarədarların icarə müqaviləsinə əməl edib-etmədiyi araşdırılır”.

N.Xıdırov qeyd edib ki, 2020-ci ilin payızında aparılan monitorinqin nəticələrinə görə, lazımı qaydada meşə bağları salmayan icarədarlara xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti