...

Balakəndə toy məclisi aşkarlandı: toy sahibi və qonaqlar cərimələndi (FOTO/VİDEO)

Gündəm Materials 9 Aprel 2021 16:12 (UTC +04:00)
Balakəndə toy məclisi aşkarlandı: toy sahibi və qonaqlar cərimələndi (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti