...

Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb

Gündəm Materials 9 Aprel 2021 20:27 (UTC +04:00)
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Kayseri vilayətinin Erciyes Universitetində yerli vaksinin sınaqlarının ikinci mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, sınaqlarda 250 könüllü iştirak edib.

Aprel ayının sonunda vaksinin üçüncü mərhələsinin sınaqlarının başlaması planlaşdırılır. Bu mərhələ başa çatdıqdan sonra vaksin qeydiyyata alınacaq.

Bundan başqa, həmin vaksin Ümumdünya Səhiyyə Təşkilatına da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti