...

Türkiyə PKK-nın əsas üzvlərindən birini məhv edib

Gündəm Materials 24 Aprel 2021 17:59 (UTC +04:00)
Türkiyə PKK-nın əsas üzvlərindən birini məhv edib

Bakı. Trend:

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri məhv edilib.

Trend Türkiyə mediasına istinadla xəbər verir ki, PKK-nın qolu olan KCK-nın "icraiyyə komitəsi"nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.

Onun terror təşkilatına 1999-cu ildə Yunanıstandan qatıldığı bildirilir. Dalokay Şanlı Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti