...

Qırğız-tacik sərhədində münaqişədə ölən vətəndaşlarının sayı 34 nəfərə çatıb

Gündəm Materials 1 May 2021 18:51 (UTC +04:00)
Qırğız-tacik sərhədində münaqişədə ölən vətəndaşlarının sayı 34 nəfərə çatıb

Bakı. Trend:

​Qırğız-tacik sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.

"Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, - xəbərdə deyilir.

Nazirliyin məlumatına görə, 173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. "Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir", - Səhiyyə Nazirliyində əlavə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti