Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)

Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Suraxanı rayonunda 18.5 km olan qəsəbədaxili küçə və yolda təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur ki, bu istiqamətdə artıq işlərə start verilib.

İlk olaraq qəsəbənin 1000 metr uzunluğa malik Cəlal Qurbanov küçəsində bərpa işlərinə başlanılıb.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, səkilərin hərəkət hissəsi asfaltlanır, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilir.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

Yuxarıda qeyd edilən təmir işləri artıq yekunlaşmaq üzrədir. Asfaltlanma işləri bitdikdən sonra eni ortalama 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

İnvestisiya proqramına uyğun olaraq anoloji təmir işləri rayonun Hövsan qəsəbəsində Oktay Şabanov küçəsində aparılır. Uzunluğu 2000, ortalama eni 6 metr olan küçənin artıq 1350 metr hissəsində təmir yekunlaşıb.

Qısa zaman ərzində hər birində 1.5 km olmaqla qəsəbənin Bahar və Bağlar yaşayış massivlərində, həmçinin Südçülük sovxozu adlanan ərazisində, bundan başqa ümumi uzunluğu 7.7 km olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik tərəfindən təmir-bərpa işlərinə başlanacaq.

Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14.2 km təşkil edir.

Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına aentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.

“Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib
“Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib
Çıraqqala abidəsində bərpa-konservasiya işləri ilin sonunda yekunlaşacaq - Anar Kərimov
Çıraqqala abidəsində bərpa-konservasiya işləri ilin sonunda yekunlaşacaq - Anar Kərimov
“Çıraqqala” abidəsində bərpa-konservasiya işləri aparılır (FOTO)
“Çıraqqala” abidəsində bərpa-konservasiya işləri aparılır (FOTO)
Loading Bars
Xəbər lenti
Çili yığması futbol üzrə Amerik Kuboku matçında Boliviyanı məğlub edib
İranda prezident seçkilərində səsvermə müddəti başa çatıb
Fransada qayıqlarla Böyük Britaniyaya keçmək istəyən 80 miqrant xilas edilib
AVRO-2020: İngiltərə millisi Şotlandiya komandası ilə heç-heçə edib
Ceyhun Bayramov Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri ilə görüşüb
Niderlandda iyunun 26-dan koronavirusla bağlı məhdudiyyətlər yumşaldılacaq
İranda prezident seçkilərində səsvermənin müddəti saat 2-dək uzadılıb
Türkiyədə gəmi əleyhinə raketin uğurlu sınaqları keçirilib
Rusiya Türkiyəyə uçuşlarını bərpa edəcək
İyunun 16-17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
İranda prezident seçkilərində seçici aktivliyi müşahidə olunur – İranlı rəsmi
İtalyan tədqiqatçı: Erməni işğalçılarının basdırdığı minalar azad olunmuş ərazilərdə həyatın bərpası üçün ən böyük təhlükədir
Şuşa Bəyannamasi Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə keçəcək - Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti
Fransanın "Thales" şirkəti Azərbaycanda reallaşdırılan layihələr barədə
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
"Raiffeisen Bank" Azərbaycanda xidmətlərin keyfiyyətinin və sayının artırılmasını hədəfləyir
Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülh və əmin-amanlıq yaratmağa xidmət edir - Deputat
Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texniki Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Ağstafada reyd: 15 sürücü məsuliyyətə cəlb edilib (FOTO)
AzMİU ilə Yıldız Texnik Universiteti arasında Anlaşma Memorandumu və Tələbə mübadilə protokolu imzalanıb (FOTO)
Ceyhun Bayramov Qvineya-Bisaunun xarici İşlər və icmalar naziri ilə görüşüb (FOTO)
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
İranda səsverənlərin sayı 22 milyonu keçib
Narkotik tərkibli bitkilər becərən Zaqatala sakini saxlanılıb (FOTO)
Ombudsman Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub (FOTO)
Ceyhun Bayramov Somalinin xarici işlər naziri ilə görüşüb
Seçkilər nəticəsində Ermənistanı da itirə bilərik - Levon Ter-Petrosyan
“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü (FOTO)
Prezident İlham Əliyev səhiyyə işçilərini “Tərəqqi” medalı ilə təltif etdi
Bir qrup səhiyyə işçisinə fəxri adlar verildi - SƏRƏNCAM
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
"AstraZeneca" Aİ-yə 50 milyon doza vaksin verməlidir - Məhkəmə hökmü
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir (FOTO)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Avropadakı diaspor təşkilatlarının muzeyə virtual səyahət layihəsi həyata keçirilib (FOTO)
Dövlət Gömrük Komitəsinin sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub
İranda səs verən seçicilərin sayı 14 milyon nəfəri keçib
Şəhid zabitin xatirəsi təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yad olunub (FOTO/VİDEO)
Antonio Quterreş ikinci dəfə BMT baş katibi vəzifəsinə seçilib
Siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı, Ermənistanda seçkiqabağı son vəziyyət... – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)
Bakıda avtobus minik maşını ilə toqquşub, xəsarət alan var
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə inventarlaşdırılan obyektlərin sayı açıqlandı
Bakıda daha bir yol təmir olunub (FOTO)
Qazaxıstan Azərbaycanla miqrasiya üzrə qanunu ratifikasiya edib
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub, 2 nəfər vəfat edib
“PAŞA Bank” ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır
İranda seçici aktivliyinin ilk nəticələri açıqlanıb
Nabranda meşədə baş verən yanğın söndürülüb (VİDEO)
Polis maska ilə bağlı qapalı məkanlarda reyd keçirib (FOTO/VİDEO)
Hesab.az-dan Visa kart sahiblərini qazandıran növbəti kampaniya!
Efiopiyanın dövlət başçısından Prezident İlham Əliyevə təbrik məktubu gəlib
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb
Nüvədi kəndi qanunsuz olaraq Ermənistana verilib, biz qayıdıb orada yaşamaq istəyirik - Əmir Əliyev
İlin sonunda müəllimlərin sertifikatlaşdırılması aparılacaq - QAYDALAR (FOTO)
İƏT Modeli proqramının Azərbaycan üzrə mərhələsi öz işini bitirdi (FOTO)
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir (FOTO)
ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
UFAZ-da Alexander Wattinin fransız dilində nəşr olunmuş "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının təqdimatı keçirilib (FOTO)
Tərtərdə baş verən qətlə xəyanət səbəb olub - TƏFƏRRÜAT
Dövlət Xidməti hərbi xidmət çağırışçılarına müraciət edib
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib (FOTO/VİDEO)
Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xorvatiyalı həmkarı ilə görüşüb
UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi (FOTO)
“Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)
Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib
SSL sertifikat lazımdır?
İlahiyyat İnstitutunda “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar keçirilib (FOTO)
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri regionun gələcək inkişafı baxımından olduqca önəmlidir - Tamam Cəfərova
Bu ilin 5 ayında 15 minə yaxın şəxsə əlillik təyin edilib
Gömrük postunda külli miqdarda aksiz markasız siqaret aşkarlanıb (VİDEO)
AstraZeneca vaksini məhdud sayda olduğundan 60 yaşdan yuxarı şəxslərə vurulur - TƏBİB
Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir - Həkim-infeksionist
"SOCAR Türkiyə" yeni neft-kimya layihəsi ilə bağlı danışıqlar aparır
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Anticisim yaranmayanlara peyvəndin üçüncü dozası da vurula bilər
İki güləşçimiz Avropa çempionatının 1/4 finalında
Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil - TƏBİB
Mərkəzi Gömrük Hospitalında tibb işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)
Bölgənin sürətli inkişafına zəmin yaradan zəfər
Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verildi
Ödənişləri mobil tətbiqlə et, 10% kəşbək qazan!
Azad zonalar Azərbaycan iqtisadiyyatına kapitalın cəlb olunmasına xidmət edəcək
“AccessBank” tender elan edir
Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar
Meksika səfiri Seysmoloji Xidmət Mərkəzində olub
Avropa Şurası Azərbaycanda bələdiyyə sahəsindəki irəliləyişləri alqışlayıb
Rusiya Qarabağla bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır - Peskov
Azərbaycanda məcburi enerji auditi keçiriləcək
Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib
Bütün xəbərlər