...

Husilərin buraxdığı dron Səudiyyə Ərəbistanda məktəbə düşüb

Gündəm Materials 14 İyun 2021 03:03 (UTC +04:00)
Husilərin buraxdığı dron Səudiyyə Ərəbistanda məktəbə düşüb

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançılarının buraxdığı partlayıcı ilə yüklənmiş pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanında məktəb binasına düşüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Əl Arabiya telekanalı məlumat yayıb.

İnsident krallığın cənub-qərbində yerləşən Asir əyalətində baş verib. "azırda bütün lazımi əməliyyat tədbirləri davam etdirilir", - telekanal bölgənin mülki müdafiə idarəsinin nümayəndəsi kapitan Abdel Əziz Əl Cilbandan sitat gətirir.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti