İsmayıllıda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib (FOTO/VİDEO)

İsmayıllıda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Xalqımız Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümünü təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm Zəfərin yaratdığı böyük ruh yüksəkliyi və Qələbə əhval-ruhiyyəsi ilə qarşılayır. Bu münasibətlə respublikamızın bütün bölgələrində silsilə tədbirlər təşkil olunur. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, təhlükəsizliyinin təminatçısı olan Ordumuzun keçdiyi çətin və şərəfli döyüş yoluna nəzər salınır, şəhid Vətən övladlarının xatirəsi ehtiramla yad edilir, Şəhidlər xiyabanları, əsgər məzarları, eləcə də şəhid ailələri ziyarət olunur, sərhədlərimizin keşiyində bu gün də mərdliklə dayanan Ordumuzun şəxsi heyəti ilə mütəmadi görüşlər keçirilir, Ordu ilə xalqın sağlam mənəvi birliyinin bundan sonra daha da mökəmləndiriləcəyinə əminlik ifadə olunur.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev parkında reallaşan “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbirdə nazirliyin və rayon icra hakimiyyətinin rəsmiləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edildikdən sonra layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, onları qarşıdan gələn 26 iyun - Azərbaycan Ordusunun yaradılmasının ildönümü münasibətilə təbrik edib, Ordumuzun tarixi barədə ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq tarixi olduğunu vurğulayıb.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən il Azərbaycan xalqı və Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq respublikazmızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda müqəddəs savaşa qalxaraq 44 gün ərzində düşmənin dərsini layiqincə verdi, ona dəmir yumruğunun gücünü göstərdi. Bu, Azərbaycanın işğal olunmuş tarixi torpaqlarının son iki yüz il ərzində ilk dəfə güc yolu ilə azad edilməsinin bariz nümunəsidir.
Ən böyük qələbələrimizindən biri isə azad etdiyimiz Qarabağın incisi sayılan Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalması və dünyaya elan edilməsidir. Müzəffər Ali Baş Komandanımızın və Müzəffər Azərbaycan Ordusunun sayəsində bu il 26 iyun gününü alnıaçıq, başıuca, qalib ölkənin vətəndaşı, qalib Ordunun əsgəri kimi qarşılayırıq.

Birinci Qarabağ müharibəsinin veteranı, hazırda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov deyib: “Mən ahıska türklərindənəm. Bir əsrdə taleyimizə dəfələrlə sürgünlük, min cür əzab - əziyyətlərə qatlaşmaq düşüb. Lakin biz sınmamışıq, heç kimin qarşısında əyilməmişik, gələcəyə ümidimizi üzməmişik. Ötən əsrin sonlarında Orta Asiyadan məcburi çıxarılanda Azərbaycana üz tutduq. Burada da çətinliklər yaşanmasına baxmayaraq Azərbaycan bizə qucaq açdı, öz doğma övladı kimi qarşıladı. Biz də bu torpağa ana dedik, uğrunda canımızdan, qanımızdan keçməyə hazır olduğumuzu bildirdik. Nankor erməni quldurlarına qarşı müqəddəs savaşlarda azərbaycanlı qardaşlarımızla bir səngərdə vuruşaraq onlarla şəhid verdik. Nəticəsi isə göz qabağındadır. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi təsəllimiz odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Mən fəxr edirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Müzəffər Ordunun döyüşçüsüyəm!”.

Ehtiyatda olan zabit Ə.Süleymanov əlavə edib ki, bu gün İsmayıllı rayonunda da hər kəs Vətənə məhəbbət, dövlətə, dövlətçiliyə, Müzəffər Ali Baş Komandanımıza sədaqət hissi ilə yaşayır. Sıravi vətəndaşdan dövlət məmurunadək hamı bir amal uğrunda birləşib. İsmayıllı sakinləri Vətən müharibəsi günlərində olduğu kimi, azad edilən şəhər və rayonlarımızda tikinti-quruculuq işlərində də fəal iştirak etməyə hazırdır.

Tədbirdə Birinci Qarabağ müharibəsində göstərdiyi igidlik və şücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, ehtiyatda olan baş leytenant Taleh Nəcəfovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Məktəb direktoru vəzifəsindən könüllü imtina edərək Laçın uğrunda döyüşlərə yollanan, düşmənə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itkilər verən Taleh müəllimin oğlu miçman Fuad Nəcəfovun da Vətən müharibəsində atasının yolunu uğurla davam etdirdiyi, Cəbrayıl rayonunun yaşayış məntəqələrinin azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucaldığı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeninə layiq görüldüyü barədə danışılıb. Tədbir iştirakçıları qəhrəman atanı alqışlarla qarşılayıb, qəhrəman oğulu ehtiramla yad ediblər.

Vətən müharibəsinin ilk günündən qələmini süngüyə çevirən vətənpərvər şair, “İmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunun müəllifi olduğu “Azərbaycan əsgəri”, “Mənə də silah verin”, “Qələbə müjdəli şəhidlərimiz”, “İşimiz haqq işidir”, “Səbrimizin sonu yetdi”, “Zəfər meydanı” və digər şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb. Müəllif Azərbaycan əsgərini böyük həvəslə tərənnüm edib:
O qədər qürurluyam, başım çatır göylərə,

Önündə baş əyirəm, alnım dəyincə yerə!

Ana südü halaldır səntək oğula, ərə,

Əsir düşmüş torpağı yağıdan aldın geri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

Şəhid kəşfiyyatçı Ruslan Tağıyevin atası Fuad Tağıyev nəzərə çatdırıb ki, bu yaxınlarda oğlunun ad günü Bakıda Müdafiə Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd olunub. Nazirliyin əməkdaşları, döyüşçü yoldaşları, ailə üzvləri şəhidin məzarını ziyarət edərək üzərinə əklil qoyub, xatirəsini yad ediblər. Onun qısa, lakin şərəfli həyat və xidmət yolu bir daha xatırlanıb. Qeyd olunub ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yetirməsi olan polkovnik-leytenant R.Tağıyev nazirlikdə baş zabit vəzifəsində xidmət edib. O, döyüş bölgəsinə ezam edilərək kəşfiyyat rəisi kimi qarşıya qoyulmuş xüsusi tapşırıqların uğurla yerinə yetirilməsinə səy göstərib, 2020-ci il noyabrın 4-də Laçın rayonu istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub və dövlətimizin başçısının sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Bu günlərdə İsmayıllı şəhərində qəhrəman zabitin şərəfinə inşa edilmiş xatirə bulağının açılışı olacaq.

Ehtiyatda olan zabit Məmiş Səlimzadə 1994-cü il yanvarın 24-də ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Murovdağ uğrunda döyüşlərə yola düşüb. Göstərilən etimadı Vətənə sədaqətli xidməti ilə doğruldub. Oğlu Kənan da atasının yolunu seçib. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini hərbi feldşer ixtisası üzrə bitirdikdən sonra gizir rütbəsində tibb məntəqəsinin feldşeri kimi əsgərlərin sağlamlığı keşiyində durub. Müharibənin ilk günündə artilleriya atəşləri altında yaralılara ilk tibbi yardım göstərərək onları təxliyyə edərkən şəhid olub.

Şəhid atası deyib: “Mən Ulu Öndərimizin xeyir-duası ilə döyüşlərə yollandım. Təəssüf edirəm ki, torpaqlarımızı işğaldan azad etmək bizə qismət olmadı. Ancaq fəxr edirəm ki, Azərbaycan Ordusunun zəfər yürüşünün ilk günündə şəhid olan oğlum Nihadın da intiqamı döyüş meydanında alındı və xalqımızın alın ləkəsinin silinməsində mənim də oğlumun payı var.”

Birinci Qarabağ müharibəsində düşmənin ondan çox tank və digər zirehli texnikasını məhv edən, xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülən artilleriya divizionunun komandiri ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, İsmayıllı rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Vüqar Novruzov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayonda müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən geniş söhbət açıblar.

Sübhi Mürsəliyev, Famil Əhmədzadə, Saməddin Qəfərov, Famil Musayev, Novruz Həmzəyev, Ramil Musayev və başqa Vətən müharibəsi şəhidlərinin ailə üzvləri xatirələrini söyləyib, göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Vətən müharibəsi qaziləri Dilqəm Həmidli, Kamil Salmanov, Elvin Rəsulov dünən olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq ali məktəb məzunları Şaiq Cəfərov, Şöhrət Qasımov, Ceyhun İsayev və Röyal Şıxaliyev and içiblər ki, qəhrəmanların yolunu şərəflə, vicdanla davam etdirəcək, şəhidlərin yarımçıq ömürlərini də öz ömürlərinə qataraq Vətən torpaqlarının keşiyində ayıq-sayıq, mətin duracaq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Orduda xidmətdən böyük şərəf duyacaqlar.

Şəhid valideynləri çağırışçı gənclərə xeyir-dua verib, onların sağ-salamat geri qayıtmasını arzulayıblar.

Tədbir iştirakçılarına Abdulla Qurbaninin “Vətən müharibəsi şəhidləri” silsiləsindən Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr olunmuş birinci kitabının nüsxələri hədiyyə edilib.

Sonda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Azərbaycan naminə Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb.
Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar (FOTO)
Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar (FOTO)
"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq
"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq
Cüdoçumuz Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Cüdoçumuz Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb
Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb
Bu il Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlib - SİYAHI
Məhkumluq həyatı bitmiş şəxslər cəmiyyətə necə inteqrasiya olunmalıdır? - AÇIQLAMA
Moskvada Fərman Salmanovun 90 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib (FOTO)
2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib - Deputat
Dövlət büdcəsinin gəlirləri artır
Azərbaycanda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb
Bakıda güclü külək bir sıra fəsadlara yol açıb - FHN (VİDEO)
Bu il ölkəyə gələn əcnəbilərin sayı ötən illə müqayisədə azalıb
Mingəçevir Dövlət Universitetində “Yay Təcrübə Proqramı”na start verilir (FOTO)
Siyəzəndə yük maşını yanıb
Azərbaycan və İsrail arasında dostluq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır - Nazir (FOTO)
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir (FOTO)
Ceyhun Bayramov YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)
Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA
Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib
Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub (FOTO)
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru QMİ-də olub
İşğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərəcək süni mayalanma mütəxəssislərinə avadanlıq təqdim edilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun deyil (VİDEO)
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü keçdi
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslər müəyyənləşib
İçməli sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)
ƏƏSMN-də Moldova nümayəndə heyəti ilə görüş olub (FOTO)
Bu gün keçirilən I və IV qrup imtahanlarının test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI
Ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı açıqlanıb
İyulun 29-na USD/AZN rəsmi məzənnəsi
“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)
"Yeni Klinika"nın işçiləri məhkəmə zalında həbs edilib
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar (FOTO)
Yelo Bank-dan 10 milyondan artıq mənfəət
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir
Qobustanda transformator və elektrik dirəkləri yanıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib - Nazirlik
Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır
Rektor Şahin Bayramovun COVİD-19 infeksiyasına qarşı mübarizə ilə əlaqədar müraciəti
"Qaraciyər Transplantasiyası Günləri" adlı elmi tədbir keçirilir (FOTO)
Son 3 ildə sosial ödənişlər 60 faizdən çox artıb
Bu il qeyri-neft sektorunun artım tempi proqnozları üstələyib
Xaçınçay su anbarının ətraf əraziləri minalardan belə təmizlənir - Trend TV (FOTO)
Prokuror azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə 20 il cəza istəyib (ƏLAVƏ OLUNUB)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub
Azərbaycanın regionda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cəlbedici modeldir - Deputat
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlandı
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib
Tovuzda 44 adda istifadə müddəti bitmiş məhsul satan mağaza aşkarlanıb
Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində (FOTO)
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)
Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM
Yevlaxda şadlıq sarayında pandemiyanın tələbləri kobud şəkildə pozulub (FOTO)
Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb (FOTO)
Unicapital İnvestisiya Şirkətinin yerli və xarici kapital bazarları haqda təhlili
Bu gün bəzi qüvvələr cəmiyyətdə ƏƏSMN-ə qarşı fikir formalaşdırmağa çalışır - Anar Əliyev (VİDEO)
"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
Jurnalistlər Quba və Qusarda yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış olub (FOTO)
“TikTok”da narkotik vasitələri təbliğ edən daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
AŞPA-dan olan nümayəndə heyəti Ermənistanın hərbi təcavüzü barədə məlumatlandırılıb
“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib (FOTO)
İranda ötən sutka 303 nəfər koronavirusdan ölüb
Ev kirayəsi ilə bağlı vergi dərəcələri aşağı salınmalıdır - Millət vəkili
Casusluqda ittiham olunan ermənilərin hər biri 15 il azadlıqdan məhrum edilib (ƏLAVƏ OLUNUB)
Qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur (FOTO)
Astarada restoran sahibi barəsində cinayət işi açılıb
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti sayı nəşr olunub
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Şimal və qərb rayonlarında leysan olacaq, dolu düşəcək
Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Şəhid ailələri və qazilərin sosial müdafiəsi üçün bütün imkanlar səfərbər edilib - Nazir müavini (FOTO/VİDEO)
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
Göyçayda toy sahibləri inzibati məsuliyyətə cəlb edilib (FOTO)
Xaricdə aksiyalarda nümayiş etdirilən iriölçülü Azərbaycan bayrağı Cıdır düzündə (FOTO)
Lənkəran Dövlət Universitetinin professoru vəfat edib
Binəqədidə narkotacir və avtomobillərdən oğurluq edən şəxslər ələ keçdi (FOTO/VİDEO)
Şabranda narkotik tərkibli maddələri saxlayan dəstə saxlanılıb
Hazırda yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir - Nuru Bayramov
Qərbi Kaspi Universiteti bakalavr pilləsinə qəbul elan edir (VİDEO)
Şəhidin bank kartından pul oğurlayan şəxs tutulub
Sutka ərzində ölkədə 94 yanğın hadisəsi baş verib
Bu gün ingilis dili və musiqi müəllimi olmaq istəyənlər imtahan verir
Azərbaycan Əfqanıstana yeni səfir təyin edib
Sabirabadda vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib (VİDEO)
Bakı Bəyannaməsi əlaqələrin inkişafına böyük töhfə verəcək - Ceyhun Bayramov
Bakının bu prospektində sürücülərin təhlükəsizliyi üçün ayırıcı bordür inşa edilib (VİDEO)
Güclü külək Bakıda 46 ağaca zərər vurub - AÇIQLAMA
Sumqayıtda qaydaları pozan şadlıq sarayı aşkarlanıb
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
Ağdaş sakinindən "patı" və tramadol götürülüb (FOTO)
Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)
Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb
GDU-nun məzunu MİQ imtahanında alman dili fənni üzrə ən yüksək bal toplayıb
Türkiyə ilə Azərbaycan arasında Sərbəst Ticarət Sazişi üzərində iş aparılır
Bütün xəbərlər