...

Tarif Şurasının qərarı ilə bağlı "Azəriqaz"-ın baş direktorundan AÇIQLAMA (VİDEO)

Gündəm Materials 30 İyun 2021 18:17 (UTC +04:00)
Tarif Şurasının qərarı ilə bağlı  "Azəriqaz"-ın baş direktorundan AÇIQLAMA (VİDEO)

Bakı. Trend:

Yeni tarif mərkəzləşdirilmiş istilik sisteminin gələcəkdə bir qədər də inkişaf etməsinə gətirib çıxardacaq.

Trend-in məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş istilik sistemi artıq dünyanın bir çox ölkəsində istifadə edilir. Bu sistemin fərdi isitmə sistemlərindən fərqi təkcə təbii qaza olunan qənaət deyil, həm də ekoloji cəhətdən bir çox üstünlüyü var.

Ruslan Əliyev bildirib ki, bu gün “Azəriqaz”ın təxminən 2,4 milyon abunəçisi var və bunun 1,3 milyonu təbii qazdan 1 200 kubmetrlik limit çərçivəsində istifadə edəcək, yəni qazın hər kubmetrini 10 qəpikdən əldə edəcək. Gələn həftədən smartkart tipli sayğacların oxunmasına başlanılacaq və bu sayğacları olan abunəçilər iyuldan qazdan yeni tariflərlə istifadə edəcəklər. Mexaniki sayğacların sahibləri isə iyulun 10-na qədər qazdan köhnə tariflərlə istifadə edəcəklər. O vaxta qədər proqram təminatında yenilənmə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti