...

Vulkan püskürməsi güclü zəlzələ ocaqlarını oyatmayıb - Qurban Yetirmişli

Gündəm Materials 5 İyul 2021 12:41 (UTC +04:00)
Vulkan püskürməsi güclü zəlzələ ocaqlarını oyatmayıb - Qurban Yetirmişli

Bakı. Çingiz Səfərli -Trend:

Baş vermiş vulkan püskürməsi güclü zəlzələ ocaqlarını oyatmayıb.

Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

Bildirib ki, hadisədən sonra sadəcə kiçik bir zəlzələ baş verib. Təkanlar 44 kilometr dərinlikdə qeydə alınıb.

"Ümumiyyətlə, Abşeronda zəlzələ ocağı yoxdur. Bakı və Abşeron üçün təhlükə həmişə Xəzərdən gəlib" - deyə, Qurban Yetirmişli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti