...

Türkiyədə yanğınlar, son vəziyyət, Azərbaycanın qardaş ölkəyə dəstəyi - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Gündəm Materials 30 İyul 2021 16:41 (UTC +04:00)
Türkiyədə yanğınlar, son vəziyyət, Azərbaycanın qardaş ölkəyə dəstəyi - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

İyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub, bəzi ərazilərdə yanğınlar hələ də davam edir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib, ən qısa zamanda yardım dəstələri Türkiyəyə gedəcək.

Yanğının ən çox sıx olduğu Antalyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər həyatını itirib. Antalyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib.

Trend-in məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Türkiyədə yanğınlar, son vəziyyət, Azərbaycanın qardaş ölkəyə dəstəyi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri, jurnalist Rauf Arifoğlu, Türkiyənin Giresun Universitetinin rektoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı, professor Aygün Attar və “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti