...

İordaniya müvəqqəti olaraq Suriya ilə sərhədi bağlayıb

Gündəm Materials 1 Avqust 2021 06:11 (UTC +04:00)
İordaniya müvəqqəti olaraq Suriya ilə sərhədi bağlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İordaniya hakimiyyəti Dəməşqdən 110 km aralıda yerləşən Dəraa şəhərində vəziyyətin gərginləşməsi səbəbindən Suriya ilə sərhədi müvəqqəti bağlamaq qərarına gəlib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyindəki mənbə bildirib.

"Nəsib-Cabir keçid məntəqəsi, sərhədin Suriya tərəfindəki təhlükəsizliyə təsir edən hadisələr səbəbiylə müvəqqəti olaraq bağlanacaq", - mənbə deyib.

Məlumata əsasən, keçid məntəqəsi "uyğun şərait təmin edildikdən sonra öz işini bərpa edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti