...

Dənizdə batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib

Gündəm Materials 16 Avqust 2021 12:04 (UTC +04:00)
Dənizdə batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib

Bakı. Çingiz Səfərli - Trend:

Sutka ərzində dənizdə batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 17 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 19 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında dənizdə qeyri-çimərlik ərazidə batan Əhmədov Nahid Namiq oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Şəmkir rayonunda iki minik avtomobilinin toqquşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı Qasımova Ofeliya Əliş qızının və Tağıyeva Familə Bəhram qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti