Evdə müalicənin ən yanlış tərəfi qan dəyərləri yoxlanılmadan edilən ümümiləşdirilmiş müalicələrdir - Səhiyyə Nazirliyi

Evdə müalicənin ən yanlış tərəfi qan dəyərləri yoxlanılmadan edilən ümümiləşdirilmiş müalicələrdir - Səhiyyə Nazirliyi

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli koronavirusa yoluxan xəstələrin müalicəsi, xəstəxanalardakı hazırlıq vəziyyəti barədə müsahibə verib.

Müsahibədə nazirlik rəsmisi bir çox məsələlərə açıqlama gətirib.

Trend müsahibəni təqdim edir:

-İnsanlarda hələ də belə düşüncə var ki, təcili tibbi yardım çağırsaq bizi bir başa reanimasiya şöbəsinə yerləşdirirlər. Kimlər COVID-19 zamanı reanimasiyaya yerləşdirilir?

-İntensiv terapiya şöbələri xəstəxananın digər şöbələrində ağır xəstələrin müalicəsi və hərtərəfli müşahidəsini təmin etmək üçün yaradılmış ixtisaslaşdırılmış şöbələrdir və bu şöbələr mürəkkəb müşahidə avadanlığı ilə təchiz olunub.

Təbii ki, insanlarda bununla bağlı qorxu var. Çox insan düşünür ki, süni tənəffüs aparatına qoşulduqları zaman bu artıq sondur.

Süni tənəffüs yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun yerləşdirilməsi ilə qoşulur. Bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.

Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır. COVID-19 virusunun nəinki bizim ölkədə bütün dünyada virusun hansı formada, intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur. Nədən qaynaqlanır, patogenetik istiqaməti necədir, müalicə prinsipi hansılardır, bu suallar üçün statistik dəqiq bir mənbə hələ də yoxdur. Təbii ki, insanlar yoluxduğu zaman onlarda virusa xas əlamətlər üzə çıxır. Orqanizmin immun sistemi bu xəstəlikdə çox böyük rola malikdir. Zəif immun sisteminə malik orqanizmdə əlbəttə ki, virusun inkişafı da olduqca sürətli baş verir. Statistik təhlillər də göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir. Günlərlə evdə müalicə alan, soyuqdəymədir deyib gözləyən və doğru mütəxəssis tərəfindən düzgün müalicə olunmayan xəstələr artıq gecikmiş halda xəstəxanalara müraciət edirlər. Ən çoxda evdə müalicə zamanı edilən yanlış odur ki, müəyyən analizlər, qan dəyərləri yoxlanılmadan edilən ümümiləşdirilmiş müalicələr. Ağırlaşan xəstələrin qəbul şöbədə vəziyyətləri dəyərləndirilir və artıq həkim tərəfindən xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsinə aparılması təyin edilir.

-Hansı ağırlaşmalar xəstənin intensiv terapiya yəni reanimasiya şöbəsinə yerləşdirilməsinə göstəricidir?

-İlk növbədə reanimasiyaya huşunu itirmiş xəstələr yerləşdirilir. Kəskin tənəffüs çatışmazlığının olduğu hallar, kəskin hemodinamik pozulmalarla müşahidə olunmuş hallar, yanaşı xəstəlikləri olan xəstələr. Məsələn ola bilərki, xəstədə kəskin tənəffüs çatışmazlığı olmasın amma yanaşı xəstəlikləri var, şəkər, ürəkdə stent, yüksək təzyiq bu halda xəstəni dinamiki müşahidə də saxlmaq üçün reanimasiyaya yerləşdirilir. Ümumi göstəriciləri belə dəyərləndirə bilərik ki, kəskin tənəffüs çatışmazlığı varsa, əlbəttə bu tənəffüsün sayına da bağlıdır, bu say 30-un üstündədirsə, oksigenin parsial təzyiqi 70-in altindadırsa, karbon qazının parsial təzyiqi 50-dən çoxdursa, saturasiya göstəricisi oksigen inqalyasiyası ilə 80-86-ya bərabərdirsə, bu hallar reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. İkinci önəmli göstərici isə ağciyərlərin kompüter tomoqrafiya nəticəsidir.

-Hansı xəstələr intubə olunur, ümumiyyətlə intubə nə deməkdir?

-İntubasiya, endotrakeal boru (ET) adlanan bir borunun ağızdan və sonra tənəffüs yoluna daxil edilməsidir. COVID-19 infeksiyasında, xüsusilə yüksək ağciyər tutulumu və nəfəs darlığı olan xəstələrdə, qanda oksigen səviyyəsinin aşağı olması ilə xəstənin intubə edilməsinə ehtiyac ola bilər. İntubasiya olunmuş xəstə ventilyasiya cihazına bağlı olduğu müddətdə reanimasiya şöbələrində qalır. Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, intubasiyadan sonra bir müddət reanimasiyada qalmaq lazım gələ bilər.

Ancaq hər bir reanimasiyada xəstəyə intubasiya edilmir. Tənəffüs funksiyasını müstəqil şəkildə yerinə yetirə bilən xəstələrdə intubasiya tələb olunmur.

İntubə edilmiş xəstələrin xəstəxanaya yerləşdirmə üsulu xəstənin vəziyyətinə görə həkimlər tərəfindən təyin oluna bilər və zaman-zaman dəyişdirilə bilər. Bəzi xəstələr intubasiya zamanı üzü aşağıya qoyulur. Bəzi xəstələrdə klassik yatma mövqeyinə üstünlük verilə bilər.

-İntubasiya neçə gün çəkir?

-COVID-19 və tənəffüsə təsir edən bir çox digər xəstəliklərdə, xəstəlik şiddətli olarsa, müəyyən bir müddət intubasiya yolu ilə mexaniki ventilyasiya almalı ola bilər. Ümumiyyətlə, yoluxucu xəstəliklərdə dərman müalicələri və digər müalicə variantları sınandıqda və hələ də nəticə vermədikdə intubasiya tətbiq olunur.

Buna görə də, intubə COVID-19 xəstələrində antiviral dərmanlar, antikoaqulyantlar (qan sulandırıcı) kimi bir çox müalicə üsulunun kifayət qədər nəticə vermədiyi hallarda tətbiq olunan bir prosedurdur. İntubasiyanın neçə gün çəkəcəyi tamamilə xəstənin vəziyyətindən asılıdır. Bəzi xəstələrdə yalnız bir neçə günə, bəzi ağır xəstələrdə isə həftələrlə intubasiyaya davam etmək lazım ola bilər. Xəstə nə qədər uzun müddət intubə olarsa, komplikasiya ehtimalı da o qədər yüksək olar.

Uzun müddət intubə edilmiş xəstələrdə tənəffüs yollarının daralması və ağciyərlərin tənəffüs dəstəyindən asılılığı kimi risklər inkişaf edir. Bu səbəbdən bir neçə həftə ərzində sağalmayan xəstələrdə traxeostomiya kimi fərqli üsulların tətbiq edilməsi lazım ola bilər. Traxeostomiyada birbaşa nəfəs borusuna açılan bir yolun köməyi ilə nəfəs almaq mümkün olur.

-İntubə edilmiş xəstənin vəziyyəti yaxşılaşırmı?

-Elmi statistikaya baxdıqda, intubasiya edilmiş COVID-19 xəstələrinin təxminən dörddə üçünün sağ qaldığı görülür. Buna görə intubasiya olunmuş xəstənin sağ qalma ehtimalının hələ də yüksək olduğunu söyləmək olar. İntubə edilməyən xəstələrə nisbətən intubə edilmiş xəstənin ölüm nisbətinin artmasının səbəbi, ventilyatora qoşulan xəstənin ağır xəstə olmasıdır. İntubasiya zamanı xəstənin təqibi və müalicə prosesi çox vacibdir. İntubasiya olunmuş xəstələrin təqibi üçün reanimasiya ən əlverişli mühitdir. Sağalmağa başlayan xəstələrdə ventilyasiya dəstəyi kəsildikdən sonra xəstəyə ümumiyyətlə bir müddət oksigen dəstəyi verilməlidir.

Bütün bu tətbiqlər zamanı hər bir xəstənin sağlamlıq vəziyyəti unikal olacağından, proses və tətbiqlər xəstədən xəstəyə fərqli ola bilər. Bu səbəbdən intubə edilmiş xəstələrin yaxınlarının yalnız həkimlərinin tövsiyələrinə uyğun hərəkət etmələri faydalıdır. Xəstəlik ciddi şəkildə irəliləyərsə və evdə izlənilən COVID-19 xəstələrində nəfəs darlığı inkişaf edərsə, intubasiya lazım ola bilər. Bu səbəbdən nəfəs darlığı yaranan COVID-19 xəstələri dərhal tibb müəssisələrinin təcili xidmətlərinə müraciət etməlidirlər.

Həqiqətən reanimasiya şəraitində xəstələrin nə yaşadıqlarını anlamaq üçün bu mühiti görmək lazımdır. Həmişə deyirəm COVID-19 xəstələrinin reanimayasiya vəziyyətləri digər hallardan çox fərqlənir. Xəstənin şüuru yerindədir və o ağrını tamamiylə hiss edir. Bu həqiqətən çox ağırdır. Hətta bəzən həmkarlarımızla danışdığımız zaman koma vəziyyətin belə bu haldan daha az əzab verdiyi qənaətinə gəlirik. Bunu ancaq yaşamış insanlar anlaya bilər. Əgər insanlar bu mənzərənin qorxuncluğunu görə bilsələrdi əminəm düşüncələri tamam fərqli olardı.

Vətəndaşlarımıza bu vəziyyətlə qarşılaşmamaq üçün bir daha səslənirəm: ən gözəl müalicə xəstəliyə tutulmamaqdır. Ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün mütləq vaksinasiya da iştirak edək. Eyni zamanda 3 qızıl qaydanı unutmayaq: sosial məsafə saxlayaq, maskadan istifadə edək, gigiyena qaydalarına əməl edək.

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini
Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini
Bakıda skuterlər üçün icarə məntəqələrinin qoyulması, yeni yol çəkilişi planlaşdırılır (ÖZƏL)
Bakıda skuterlər üçün icarə məntəqələrinin qoyulması, yeni yol çəkilişi planlaşdırılır (ÖZƏL)
Loading Bars
Xəbər lenti
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Zəngilana səfərindən görüntü paylaşıb (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Bütün xəbərlər