...

Ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edilib

Gündəm Materials 30 Avqust 2021 12:30 (UTC +04:00)
Ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edilib

Bakı. Trend:

Azad edilmiş ərazilərdə ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda vurğulanıb ki, ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qiymətləndirmələr aparılmış və Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonları və Şuşa şəhəri üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir.

Xəbər lenti

Xəbər lenti