Bakı. Fərid Zöhrabov - Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2021-ci ilin avqust ayının hesabatını açıqlayıb.
Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən 2021-ci ilin avqust ayının Bakı şəhəri üzrə yerinə yetirilmiş işlərin hesabatını açıqlayıb.
- Əsaslı təmir edilib – 14 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 9500 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 116093 kv.metr
- Yeni tikilmiş və bərpa edilmiş piyada səkiləri - 18792 kv.metr
- Əsaslı təmir zamanı küçələrə düzülmüş səki daşları - 12658 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 111 ədəd
- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 2005 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 19062 kv.metr
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 20370 p/metr