...

Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib

Gündəm Materials 17 Oktyabr 2021 10:12 (UTC +04:00)
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib

Bakı. Trend:

Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Trend xəbər verir ki, buraxılış mərasimində Azərbaycandan nümayəndə heyəti və ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonda məzunlara kursu müvəffəqiyyətlə bitirmələri barədə sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti