...

"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi

Gündəm Materials 25 Oktyabr 2021 15:29 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə 7 ünvanında fəaliyyət göstərən “Gilavar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti