...

ABŞ işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 500 min dollar ayırıb

Gündəm Materials 6 Noyabr 2021 13:08 (UTC +04:00)
ABŞ işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 500 min dollar ayırıb

Bakı. Trend:

ABŞ ikinci Qarabağ müharibəsi zamanı zərər dəymiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min dollar məbləğində vəsait ayırıb.

Trend bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, vəsait öldürücü minaların və partlamamış sursatların zərərsizləşdirilməsi və təmizlənməsi üzrə təşkilatların texniki potensialının yüksəldilməsinə yönəldiləcək: "Bu səylər təhlükəsizliyin gücləndirilməsində və əvvəllər didərgin düşmüş icmaların öz evlərinə qayıtmasında, əvvəlki həyatlarını bərpa etməsində həlledici rol oynayacaq".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti